FHN Bakıda orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb

FHN Bakıda orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb
# 23 may 2016 10:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda Təhsil Nazirliyinə məxsus üçmərtəbəli 95 saylı orta məktəbin 1-ci mərtəbəsinin giriş hissəsində 30 kv.m sahədə mebel dəsti yanıb. Yüksək temperaturdan giriş qapısı və 2 ədəd pəncərə əriyib. Hadisə zamanı 2 şagird və 1 nəfər müəllim xilas olunub, 75-80 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Yanğından məktəb binasının qalan hissəsi mühafizə olunub. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR