Bakıda ağacəkmə aksiyası keçirilib

Bakıda ağacəkmə aksiyası keçirilib
# 24 dekabr 2015 10:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 15-ci km-liyində çirklənmədən və bataqlıqdan təmizlənmiş yeni ərazilərdə ağacəkmə aksiyası keçirilib.

APA-nın məlumatına görə, aksiyada Nazirliyin əməkdaşları, QHT və ictimaiyyət nümayəndələri iştirak ediblər. 5 hektar ərazidə yeni yaşıllıq sahəsi salınıb, təzə əkilən ağaclar suvarılıb, Nazirliyin daxili imkanları hesabına yeni salınmış 25 hektar ərazidəki yaşıllıqlara isə aqrotexniki qulluq göstərilib.

Aksiyada iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov indiyədək 850 hektardan çox ərazinin yaşıllaşdırıldığını bildirib: “Prezidentin tapşırığı ilə bu iş davam etdirilir”.

Bildirilib ki, son 10 ildə 103 min hektar sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 80 milyon ədəd ağac yetişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR