Masallıda xüsusi amansızlıqla qətl törədən qardaşların apellyasiya məhkəməsi başlayıb

Masallıda xüsusi amansızlıqla qətl törədən qardaşların apellyasiya məhkəməsi başlayıb
# 05 noyabr 2015 13:00 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Masalıı rayonunda xüsusi amansızlıqla qətl törətmiş qardaşlar barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Masallı rayon sakinləri Abdinov Arzuman Xanoğlan oğlu və qardaşı Abdinov Mülayim Xanoğlan oğlunun apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun sədrliyi ilə baxılır.

Bu gün keçirilən məhkəmə prosesi noyabrın 27-dək təxirə salınıb.

Qeyd edək ki, 2014-cü ilin iyulun 31-də Masallı rayonunun Ərkivan qəsəbəsində, 1979-cu il təvəllüdlü, 2 uşaq atası, Şiriyev Pünhan Cəbrayıl oğlu, təqsirləndirilən şəxslər- Abdinov qardaşları tərəfindən amansızlıqla döyülüb. Ağır kəllə-beyin travması alan Pünhan Şiriyev bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib.

Abdinov qardaşları Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 maddələri ilə ittiham olunublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər ikisi 18 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR