"Unibank" Beynəlxalq Maliyyə Korporasiyasından cəlb etdiyi iri krediti qaytarıb

"Unibank" Beynəlxalq Maliyyə Korporasiyasından cəlb etdiyi iri krediti qaytarıb
# 22 dekabr 2015 13:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” əvvəlki illərdə olduğu kimi indi də Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) etibarlı tərəfdaşları sırasındadır. 10 ildən artıqdır ki, bu təşkilatla əməkdaşlıq edən “Unibank” daha bir kredit layihəsini başa çatdırıb.

Bankdan “APA-Economics”ə verilən xəbər görə, “Unibank” BMK-dan aldığı 10 mln. dollarlıq krediti vaxtı-vaxtında ödəyərək, bu günlərdə krediti tamamilə bağlayıb.

Bank gələcəkdə də beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığını davam etdirmək fikrindədir. Qeyd edək ki, BMK tərəfindən 4,5 il müddətinə ayrılan 10 mln. dollarlıq kredit kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilib.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman “Unibank”ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və “Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.

Ölkə bank sektorunun liderlərindən olan “Unibank”ın fəaliyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən hər zaman yüksək qiymətləndirilir. Bu yaxınlarda “Fitch Ratings” beynəlxalq reytinq agentliyi bankın reytinqini əvvəlki səviyyədə təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR