Şəmkirdə iki nəfər zəhərlənib

Şəmkirdə iki nəfər zəhərlənib
# 10 mart 2016 11:06 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə zəhərlənmə hadisəsi olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Nuranə Fidailli dərman zəhərlənməsi əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yarıdm göstərilib, vəziyyətinin normal olduğu bildirilir. N. Fidailli səhvən başqa dərman həbləri qəbul etdiyinə görə zəhərlənib.

Rayonun Dəllər Cəyir kənd sakini, 1978-ci il təvəllüdlü Samirə Mürşüdova isə kimyəvi maddədən zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. S. Mürşüdovanın hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.

Hər iki fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR