ABŞ dövlət katibi Cenevrəyə gəlib

ABŞ dövlət katibi Cenevrəyə gəlib
# 01 may 2016 21:22 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri Cenevrəyə gəlib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün burada dövlət katibi BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə görüşəcək.

Danışıqlarda Suriyadakı siyasi vəziyyət, eləcədə atəşkəs rejiminin gücləndirilməsi və humanitar yüklərin əhaliyə çatdırılması məsələləri müzakirə olunacaq.

Daha sonra Con Kerri Cenevrədə İordaniyanın xarici işlər naziri Nəsir Cudeh, sabah isə Səudiyyə Ərəbistanı XİN rəhbəri Adil əl-Cübeyr ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR