Siyəzəndə maşın aşıb, bir nəfər ölüb, dörd nəfər yaralanıb

Siyəzəndə maşın aşıb, bir nəfər ölüb, dörd nəfər yaralanıb
# 10 oktyabr 2015 16:15 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 95-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

"Mersedes" markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Ölən şəxs 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Səttərova Səadət Abdulla qızıdır. Maşında olan 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR