“DəmirBank” İT sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər təqdim edir

“DəmirBank” İT sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər təqdim edir
# 11 dekabr 2015 09:37 (UTC +04:00)

Bakı - APA-Economics. İnnovasiyaların inkişafına daim dəstək olması ilə seçilən “DəmirBank” sahibkarlıq subyektlərinə İnformasiya Texnologiyaları sahəsi üzrə layihələrinin tətbiqi üçün güzəştli kreditlər təqdim edir.

Bankdan “APA-Econimics”ə verilən məlumata görə, adıçəkilən kredit növü İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına maliyyələşir. Fondun vəsaitləri İKT sahəsində tətbiqi elmi tədqiqat və təcrübi-layihə işlərinin aparılması, innovativ layihələrin, yeni texnologiyaların, proqram təminatı vasitələrinin, informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində yeni xidmətlərin yaradılması, elmi tədqiqat işlərinin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə investisiya olunur.

Şərtlərə əsasən sahibkarlar illik faiz dərəcəsi 5% olmaqla, 5 mln. manatadək kreditlər cəlb edə bilərlər. Layihə ilə bağlı ətraflı məlumatı www.ictfund.gov.az saytına daxil olmaqla əldə etmək mümkündür.

26 illik zəngin tarixə malik “DəmirBank” Azərbaycanın aparıcı banklarından biridir. Hazırda bankın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir.

Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR