İsrail hərbçiləri ilə toqquşmalarda 50 fələstinli xəsarət alıb

İsrail hərbçiləri ilə toqquşmalarda 50 fələstinli xəsarət alıb
# 13 yanvar 2016 20:42 (UTC +04:00)

Bakı-APA. Yanvarın 13-də Betlehəm şəhəri yaxınlığında İsrail hərbçiləri ilə toqquşmalarda 50 fələstinli xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, İsrail hərbçiləri fələstinlilərə qarşı səs qumbaraları və rezin güllələrdən istifadə edib.

Betlehəmdə toqquşmalar İsrail hərbçiləri tərəfindən güllələnən 21 yaşlı fələstinlinin dəfn mərasimindən sonra başlayıb.

Qeyd edək ki, son aylar Fələstin-İsrail münaqişəsinin növbəti dəfə gərginləşməsi nəticəsində 120 fələstinli həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR