İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə əlavə səlahiyyətlər verilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə əlavə səlahiyyətlər verilib
# 13 iyul 2016 19:26 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərmanı imzalayıb.

APA-nın məlumatına görə, dəyişikliklərə əsasən Mərkəzin Nizamnaməsinə aşağıdakı məzmunda aşağıdakı yarımbəndlər əlavə edilib:

“2.2.1-1. dövlət qurumlarının sifarişi əsasında iqtisadi yönümlü dövlət proqramlarının və strategiyaların, iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını və risk təhlilini aparır, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğular keçirir;

2.2.1-2. dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini aparır;

2.2.1-3. dövlət qurumlarının sifarişi əsasında icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsini qiymətləndirir;

2.2.1-4. iqtisadi islahatlara dair təkliflərin hazırlanması və həmin islahatların tətbiqi ilə əlaqədar sorğular keçirir və istehlakçı məmnunluq reytinqlərini nəşr edir;”.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində iqtisadi təşviq layihələrinin monitorinq və qiymətləndirilməsinin aparılması qaydasını, dövlət proqramlarının tərtibi, icrası, monitorinq və qiymətləndirilməsi qaydalarını, dövlət qurumları tərəfindən müvafiq sifarişlərin Mərkəzə verilməsi və maliyyələşdirilməsi qaydalarınının layihəsini hazırlayaraq prezidentə təqdim edəcək. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR