Baş prokuror Neftçalada vətəndaşları qəbul edəcək

Baş prokuror Neftçalada vətəndaşları qəbul edəcək
# 07 mart 2016 09:26 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov martın 11-də Neftçala rayonunda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 11:00-da Neftçala rayon prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda Neftçala, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayon sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Neftçala şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, onların rahatlığı üçün qəbula Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR