"Fitch" "DəmirBank"ın reytinqini əvvəlki səviyyədə təsdiqləyib

"Fitch" "DəmirBank"ın reytinqini əvvəlki səviyyədə təsdiqləyib
# 05 fevral 2016 09:18 (UTC +04:00)

Bakı - APA-Economics. "Fitch Ratings" "DəmirBank"ın uzunmüddətli kredit reytinqini əvvəlki səviyyədə - "B" səviyyəsində təsdiqləyib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Fitch"in son açıqlamasında "DəmirBank"ın hazırda kapital adekvatlığı göstəricilərinin müəyyən olunmuş requlyativ tələblərə cavab verdiyi vurğulanıb.

Qeyd edək ki, "B" reytinqi Bankın maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətində olduğunu təsdiq edir.

Hazırda ölkədə fəaliyyət göstərən banklardan yalnız az hissəsi beynəlxalq reytinqə malikdir. Bankın reytinqi onun beynəlxalq əlaqələrinin və əməkdaşlığının genişlənməsində də mühüm əhəmiyyət kəsb edir. “DəmirBank” beynəlxalq reytinqlərin verilməsi sahəsində dünyada aparıcı mövqelərə malik olan “Fitch Ratings” agentliyi tərəfindən ilk dəfə olaraq 2004-cü ildə qiymətləndirilib, bununla Azərbaycanda beynəlxalq reytinq almış ilk özəl bank olub.

“DəmirBank”ın səhmdarları sırasına “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatlarının təmsil olunması da Bankın beynəlxalq reytinqinə müsbət təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR