Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Fevral

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Fevral
# 24 fevral 2016 17:17 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Neftin ucuzlaşması hasilatçı ölkələri iqtisadi baxımdan çökdürür, OPEK üzvlərinin vəziyyətdən çıxış yolu tapmaq cəhdləri isə nəticəsiz qalır. Hasilatı 11 yanvar tarixindəki səviyyədə saxlamaq təşəbbüsü OPEK daxilində indiyədək gizli gedən qarşıdurmanı gün üzünə çıxarıb. Dünya bazarına böyük həcmdə əlavə neft çıxarmağa başlayan İran bu təşəbbüsü dəstəkləmir. Tehran bu məsələdə iki əsasdan çıxış edir. Birincisi, hasilatı aşağı salmaq sanksiyaların ləğvindən sonra yaranan imkanların bir qismini heçə endirmiş olacaq. Yəni, İran hələ indi-indi bazara əlavə neft çıxarmaq fürsəti tapmışkən, Səudiyyə və digər siyasi rəqiblərinin əlinə oynamaq istəmir. İkincisi, İran yaxşı anlayır ki, hasilatı aşağı salmaq qərarı qəbul olunsa belə, bu qərara heç kim əməl etməyəcək. Əksinə, “bu gün hasilatı aşağı salaq, qiymətlər qalxsın” deyənlər sabah bazarda boşalan mövqeləri ələ keçirəcəklər. Təkcə İran deyil, digər OPEK ölkələri də belə düşünür. Kartel daxilində bir-birinə inamsızlığın səbəbi də budur. Artıq neft ölkələri anlayır ki, qiymətlər bir də arzuolunan həddə qalxmayacaq, digər tərəfdən enerji daşıyıcısı kimi rolu neftin rolu zəifləməyə başlayır. Bu səbəbdən neft erasının son dönəmində hər kəs maksimum “qara qızıl” sataraq, daha çox gəlir əldə etməyə çalışır. Buna görə də hasilatı azaltmaq təşəbbüsünün səmimiliyinə ilk növbədə OPEK üzvləri özləri inanmırlar...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR