Astana şəhərində “Abu-Dabi Plaza” kompleksində yanğın söndürülüb - YENİLƏNİB

Astana şəhərində “Abu-Dabi Plaza” kompleksində yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 13 fevral 2016 07:21 (UTC +04:00)

Bakı - APA. Qazaxıstanın Astana şəhərində “Abu-Dabi Plaza” kompleksində baş verən yanğın söndürülüb.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmanquluyev bildirib.

Tikintisi davam edən kompleks Mərkəzi Asiyanın ən hündür binası olacaq.

***

saat 05.21

Bakı-APA. Qazaxıstanın paytaxtı Astanada tikilməkdə olan “Abu-Dabi Plaza” çoxmərtəbəli binasında yanğın baş verib.

APA-nın “Tengrinews.kz” saytına istinadən verdiyi məlumata görə, yanğın binanın 25-ci mərtəbəsində başlayıb.

İlkin versiyaya əsasən, yanğına qaz balonunun partlaması səbəb olub. Zərərçəkənlər barədə hələ ki, məlumat verilmir. Hadisə yerinə ümumilikdə 17 yanğınsöndürən maşın və 60 nəfər canlı qüvvə cəlb olunub.

88 mərtəbəli premium dərəcəli çoxfunksionallı yaşayış kompleksinin inşasına 2010-cu ildə başlanılıb. Binanın 2016-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Abu-Dabi Plaza” kompleksi Qazaxıstan və Mərkəzi Asiyanın ən hündür tikilisi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR