Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini qəzada ölüb

Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini qəzada ölüb
# 18 sentyabr 2016 16:30 (UTC +04:00)

Bakı-APA. Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Andrey Taranov Kiyevdə Dnepr çayında qəza nəticəsində ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Ukrayna Polisinin təmsilçisi Yaroslav Trakalo açıqlayıb.

İlkin məlumata görə, A. Taranovun idarə etdiyi su motosikleti digər üzən qurğu ilə toqquşub. Hazırda hadisə yerində istintaq qrupu çalışır.

Qeyd edək ki, A. Taranov 26 dekabr 2014-cü ildə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR