Sabirabad sakininə buraçla xəsarət yetirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qarağac kəndində qeydə alınıb.
1991-ci il təvəllüdlü Quliyev Cavad Firdovsi oğluna həmkəndlisi tərəfindən buraçla xəsarət yetirilib.
Kürəyindən və bədəninin başqa nahiyəsindən yaralanan şəxs Şirvan Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.