Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 25 may 2024 23:02 (UTC +04:00)

Göyçayda iki avtomobil toqquşması ilə baş verən qəza olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb.

"Volkswagen" markalı minik maşını qarşı tərəfdən gələn "Lada" ilə toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR