Tanınmış Çili jurnalisti Xocalı soyqırımı haqqında yeni məqalə yazıb

Tanınmış Çili jurnalisti Xocalı soyqırımı haqqında yeni məqalə yazıb
# 16 fevral 2016 15:33 (UTC +04:00)

Bakı – APA. Tanınmış çilili jurnalist Markos Borkoskinin “Cambio21” xəbərlər portalının internet səhifəsində Xocalı soyqırımı haqqında “24 il əvvəl Azərbaycanda törədilmiş qətliam. Dünya heç vaxt Xocalı adlı şəhəri unutmamalıdır” başlıqlı yeni məqaləsi yerləşdirilib. Bu barədə APA-ya Azərbaycanın Çilidəki diplomatik missiyasından məlumat verilib.

Məqalədə müəllif Azərbaycan Respublikasının Çili Respublikasındakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Orxan Hacıyevlə apardığı söhbət nəticəsində Azərbaycanın Xocalı adlı şəhərində dinc və günahsız əhaliyə qarşı qətliamın törədilməsi haqqında ötən həftəki yazısına istinad edərək, çoxsaylı oxucu və ayrı-ayrı insanların müraciətinə əsasən soyqırım haqqında əlavə məlumatın əldə edilməsi məqsədilə yeni araşdırmalar aparılmasına ehtiyac duyduğunu bildirib. O qeyd edib ki, hazırda Çilidə yay fəslidir və bir çox insanların oxumaq imkanı daha genişdir: “Hesab edirəm ki, jurnalistin vəzifəsi baş verən hadisə haqqında dünya ictimaiyyətinə məlumat verməklə yanaşı, bu kimi qətliamların gələcəkdə təkrarlanmaması üçün öz töhfəsini verməkdən ibarətdir. Allaha dua edirəm ki, baş verməsin, amma insanlar öz səhvlərindən nəticə çıxarmır, əks təqdirdə, Xocalıda bu dəhşətli hadisə yaşanmazdı. Qətliam qınanmalıdır. İkiqat qınanmalıdır o halda ki, onun qurbanları qadınlar və uşaqlardır və ondan daha çox qınanmalıdır ki, həmin qətl hadisələri işgəncə və digər vəhşiliklərlə müşayiət olunur. İnternetdə uşaq, hələ körpə uşaqların bədənlərinin şəkillərini gördüm və sizə səmimi söyləyim ki, onlara baxa bilmədən üzümü kənara çevirdim. Damarlarımda qanım donur təsəvvür edəndə ki, həmin körpələrin ölmədən əvvəl gördükləri nə olub”.

Yazıda diqqətə çatdırılıb ki, dünyanın bir çox ölkələrinin qanunvericilik orqanları tərəfindən Xocalıda baş verənləri pisləyən qətnamə layihələri qəbul edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR