Azərbaycan XİN İrana qarşı sanksiyaların ləğvini alqışlayıb

Azərbaycan XİN İrana qarşı sanksiyaların ləğvini alqışlayıb
# 18 yanvar 2016 08:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Xarici İşlər Nazirliyi "altılıq" ölkələri ilə İran arasında Avropa İttifaqının iştirakı ilə 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir. Bəyanatda deyilir ki, Azərbaycan bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edir: “Ümid edirik ki, razılaşmanın həyata keçirilməsi istiqamətində atılan addımlar region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı naminə regional və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Biz həmçinin, bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk”.

Xatırladaq ki, yanvarın 16-dan etibarən 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə başlanıb və ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR