ECO-nun baş katibi Azərbaycanda səfərdədir

ECO-nun baş katibi Azərbaycanda səfərdədir
# 27 yanvar 2016 09:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Halil İbrahim Akça Azərbaycana səfərə gəlib.

APA-nın məlumatına görə, səfər yanvarın 26-da başlayıb. Qonağın bir sıra rəsmi görüşlər keçirməsi gözlənilir.

Xatırladaq ki, ECO Azərbaycan, Əfqanıstan, Qırğızıstan, İran, Türkiyə, Qazaxıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın üzv olduğu iqtisadi qurumdur. Təşkilat 1985-ci ildə yaradılıb və Azərbaycan 1992-ci ildən onun üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR