Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarından keçmiş şəxslərin sayı açıqlanıb

Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarından keçmiş şəxslərin sayı açıqlanıb
# 08 fevral 2016 07:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2015-ci ildə sertifikasiya imtahanlarında 11 607 şəxs iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2015-ci il ərzində sertifikasiya imtahanlarından 85 nəfər ali təhsilli əczaçı olmaqla, 3 638 nəfər ali təhsilli mütəxəssis keçib: “2015-ci il ərzində sertifikasiya imtahanlarından praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan 7969 nəfər orta təhsilli şəxs keçib. Onlardan 26 nəfər əczaçılıq fəaliyyəti ilə məşğul olanlardır”.

Məlumatda bildirilib ki, test imtahanlarında iştirak edənlərin əksəriyyəti Terapiya, Pediatriya, Stomatologiya, Cərrahiyə ixtisasları üzrə müraciət edənlərdir: “Orta tibb işçiləri üzrə isə tibb bacısı, mama və feldşer ixtisasları üstünlük təşkil edir”.

Məlumatda qeyd olunub ki, sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR