Ərdoğan Azərbaycan prezidentinə zəng edib

Ərdoğan Azərbaycan prezidentinə zəng edib
# 24 dekabr 2015 11:09 (UTC +04:00)

Bakı - APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev təbrikə və diqqətə görə Türkiyə dövlət başçısına minnətdarlığını bildirib.

Söhbət zamanı dövlət başçıları ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR