BMT Baş Assambleyasında ümumi siyasi diskussiyalar başa çatıb

BMT Baş Assambleyasında ümumi siyasi diskussiyalar başa çatıb
# 26 sentyabr 2016 22:51 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyasında dövlət, hökumət və xarici siyasət idarələri başçılarının iştirakı ilə ümumi siyasi diskussiyalar başa çatıb.

APA-nın məlumatına görə, bu il Baş Assambleyanın sessiyasında 130 dövlət və hökumət başçısı, 50-dək XİN rəhbəri iştirak edib.

BMT Baş Assambleyasının 71-ci sessiyasında əsasən qaçqın və miqrantların problemi, eləcə də Suriya böhranı diqqət mərkəzində olub.

Xatırladaq ki, Azərbaycanı tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. Səfər çərçivəsində xarici işlər naziri BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxış edib. Sessiya çərçivəsində keçirilən bir sıra toplantı və iclaslarda iştirak edib, ikitərəfli görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR