Xalça Muzeyində “Xocalı-Qan yaddaşımız” adlı tədbir keçiriləcək

Xalça Muzeyində “Xocalı-Qan yaddaşımız” adlı tədbir keçiriləcək
# 22 fevral 2016 10:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Fevralın 26-da Azərbaycan Xalça Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Xocalı-Qan yaddaşımız” adlı tədbir keçiriləcək.

Muzeyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Azərbaycan Xalça Muzeyinin “Şuşa filialı”nın birgə hazırladığı anım tədbirinin məqsədi faciəni unutmamaq, gələcək nəsillərin yaddaşına həkk etmək və onlara mübarizlik əzmini aşılamaqdır.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Azərbaycan Xalça Muzeyinin direktor əvəzi Mira Məmmədxanova, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edəcəklər.

Bədii hissədə Şuşa rayon Mədəniyyət evinin şəhid övladlarının iştirakı ilə hazırladığı “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya, Xalça muzeyinin“Uşaq muzeyi” şöbəsinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət “Xocalı-Qan yaddaşımız” adlı rəsm sərgisi nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR