İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 297 nəfərə çatıb

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 297 nəfərə çatıb
# 16 sentyabr 2016 22:40 (UTC +04:00)

Bakı-APA. İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı, son məlumata görə, 297 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə RAİ telekanalı xəbər verib.

Məlumata görə, bu gün zəlzələ zamanı ağır xəsarət alan daha 2 nəfər xəstəxanada vəfat edib.

Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR