Ötən il SKMF sahibkarlara 248,5 mln. manat güzəştli kredit verib

Ötən il SKMF sahibkarlara 248,5 mln. manat güzəştli kredit verib
# 11 yanvar 2016 07:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sahibkarların maarifləndirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə 2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 39-u regionlarda, 7-si isə Bakı şəhərinin qəsəbələrində olmaqla 46 işgüzar forum keçirilib, 4000-dən çox sahibkar iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində sahibkarlara güzəştli kreditlər verilib, kreditlərin verilməsi mexanizminə dair maarifləndirici treninqlər keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri təqdim olunub.

Ümumilikdə, ötən il SKMF tərəfindən 5 243 sahibkara 248,5 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR