Polis: Londonda hücumu 19 yaşlı gənc törədib

Polis: Londonda hücumu 19 yaşlı gənc törədib
# 04 avqust 2016 05:44 (UTC +04:00)

Bakı-APA. Londonda bıçaqla hücumu 19 yaşlı gənc törədib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə London polisinin nümayəndəsi bildirib.

“Hazırda cinayəti törədən şəxs istintaq təcridxanasının tibb məntəqəsindədir. İlkin araşdırmalara əsasən, o ruhi xəstəlikdən əziyyət çəkir. Çox güman ki, insidentə səbəb məhz bu amil olub”, deyə polis nümayəndəsi bildirib.

Xatırladaq ki, bu gecə Böyük Britaniyanın paytaxtı Londonda bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hələ ki adı açıqlanmayan cinayətkar polis tərəfindən yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR