Ermənistanda prokuror rus hərbçi Permyakova ömürlük həbs cəzası istəyib

Ermənistanda prokuror rus hərbçi Permyakova ömürlük həbs cəzası istəyib
# 12 avqust 2016 17:05 (UTC +04:00)

Bakı – APA. Ermənistanda bir ailənin yeddi üzvünü qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakova ömürlük həbs cəzasının verilməsi istənilib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, dövlət ittihamçısı məhz bu qərarı ədalətli hesab etdiyini bildirib.

Vəkil məhkəmə iclasının 2-3 həftə təxirə salınması üçün vəsatət qaldırsa da, hakim bunu rədd edib. Bu etiraz olaraq zərərçəkən tərəfin nümayəndələri məhkəmə zalını tərk ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR