Braziliyada “Qanlı Yanvar” filminin təqdimatı olub - FOTO

Braziliyada  “Qanlı Yanvar” filminin təqdimatı olub - <span style="color: red;">FOTO
# 27 oktyabr 2015 00:24 (UTC +04:00)

Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, filmin nümayişindən öncə yerli tamaşaçılar qarşısında çıxış edən səfir E.Sultanov filmin Braziliyada və ümumiyyətlə, Latın Amerikasında ilk dəfə təqdim olunduğunu qeyd edib və 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. O, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədən danışaraq 20 Yanvar faciəsi qurbanlarının Azərbaycan xalqı tərəfindən hər il yad edildiyini qeyd edib.

Səfir E.Sultanov vurğulayıb ki, faciədən dərhal sonra 1990-cı il 21 yanvar tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hərbi müdaxiləyə kəskin etirazını bildirib, faciə törədənləri ittiham edib və qoşunların dərhal Bakıdan çıxarılmasını tələb edib. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsi olduğunu qeyd edən səfir bu filmin Azərbaycan xalqının müstəqilliyi uğrunda apardığı mübarizəsini braziliyalı tamaşaçıların diqqətinə çatdırmağa xidmət edəcəyini bildirib. Festival çərçivəsində film diplomla təltif edilib və festivalın təşkilatçıları diplomu ANS şirkətinin nümayəndəsi Kamran Qasımova təqdim edib.

Qeyd edək ki, “Qanlı Yanvar “ filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR