Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər

Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
# 02 fevral 2016 08:51 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, fevral üçün açıqlanan siyahını Azərbaycan yığmasının liderləri üçün uğurlu alınıb.

Belə ki, son yarışların hamısına qatılan Peter Zayzenbaherin yetirmələri hamısı ya mövqeyini qoruyub, ya da irəliləyib. Bu siyahıda yalnız Uşqanqi Kokauri (+100) istisna təşkil edib. Komandamızın ağır çəkili idmançısı 1 rəqibini özündən irəli buraxaraq, 40-cı yerə enib.

Əvəzində Nicat Şıxəlizadə (66 kq) 4, İlqar Müşkiyevlə (60 kq) Ramin Qurbanov (90 kq) hərəyə 2, Tərlan Kərimov (66 kq) 1 pillə irəli gedib. Onlar müvafiq olaraq, 6-cı, 18-ci, 46-cı və 42-ci yerə yüksəliblər.

Digər cüdoçularımızdan Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) yenə öz çəkilərində hamıdan öndədilər. Onlar kimi Orxan Səfərov (60 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Ayşə Qurbanlı (48 kq) və Kifayət Qasımova (57 kq) mövqelərini qoruyublar. Təmsilçilərimiz müvafiq olaraq, 4-cü, 38-ci, 20-ci və 55-cidi (həm Qurbanlı, həm də Qasımova – red).

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR