Marneulidə "Rənglər festivalı" keçirilib - FOTOSESSİYA

Marneulidə "Rənglər festivalı" keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 sentyabr 2015 22:30 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Marneulidə "Rənglər festivalı" keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir 2015-2016-cı tədris ilinə həsr olunub.

Festivalda Marneulidə fəaliyyət göstərən musiqi kollektivləri, ansambllar, gənc müğənnilər və ətraf kəndlərdən gələn yuxarı sinif şagirdləri iştirak edib. Konsertdə gənclərə rəng tozu paylanılıb və gənclər bir-birilərini rəngarəng tozlarla rəngləyiblər.

Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev APA-ya açıqlamasında Marneulidə ilk dəfə olaraq belə festivalın keçirildiyini bildirib: "Bu gün rayon ərazisində fəaliyyət göstərən bütün məktəblərdə yeni tədris ilinin açılışı olub. Dərsdən sonra təşkil etdiyimiz bu festival mahnı proqramları ilə, gənclərin bir-birilərini müxtəlif rəng tozları ilə rəngləməsi təbirin gedişinə daha da məzmun qatıb. Düşünürük ki, belə tədbirlər gənclərin sevincinə səbəb olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR