“Azər Türk Bank”ın Bakı filialı gücləndirilmiş iş rejimində çalışacaq

“Azər Türk Bank”ın Bakı filialı gücləndirilmiş iş rejimində çalışacaq
# 10 sentyabr 2016 07:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Müştərilərinin rahatlığını düşünən “Azər Türk Bank” Qurban bayramı günlərində də vətəndaşların xidmətində olacaq.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, qeyri-iş günü olan 12-13 sentyabr tarixlərində vətəndaşlara bank xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə bankın Bakı şəhəri, 28 may küç., ev 64/75 ünvanında yerləşən Bakı filialı gücləndirilmiş iş rejimində çalışacaq.

Müştərilər qeyd olunan tarixlərdə hər gün səhər saat 10:00-dan saat 15:00-dək Bakı filialına müraciət edərək valyutadəyişmə əməliyyatı həyata keçirə bilərlər.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR