Baş Prokurorluq baş redaktora xəbərdarlıq edib

Baş Prokurorluq baş redaktora xəbərdarlıq edib
# 14 aprel 2016 15:36 (UTC +04:00)

Bakı - APA. “Femida.az” internet saytının adından və elektron poçt ünvanından sui-istifadə etməsi ilə bağlı “Femida-007” qəzeti barəsində qanuna müvafiq tədbir görülməsinə dair həmin saytdan daxil olmuş müraciət Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində “Femida-007” qəzetinin rəhbərliyi tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” qanunun 28-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyindən qəzetin baş redaktoru Baş Prokurorluğa dəvət edilərək ona “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq qaydada yol verdiyi qanun pozuntusunun aradan qaldırılmayacağı təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR