Danimarka Cenevrə Konvensiyasına yenidən baxmağa təklif edib

Danimarka Cenevrə Konvensiyasına yenidən baxmağa təklif edib
# 28 dekabr 2015 18:19 (UTC +04:00)

Bakı-APA. Danimarkanın baş naziri Lars Rasmussen Cenevrə Konvensiyasına yenidən baxmağa və onun müddəalarına müvafiq dəyişikliklər etməyə çağırıb.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəber verib.

“Elə bir vaxt gəlir ki, oyunun qaydalarına yenidən baxmaq üçün müzakirələrin aparılmasına ehtiyac olur”, deyə L.Rasmussen bildirib.

Onun sözlərinə görə, Avropa yaxın müddət ərzində miqrant axınının qarşısını ala bilməsə, Konvensiyaya dəyişiklik edilməsi qaçılmaz olacaq.

L.Rasmussen həmçinin Türkiyədə 2-3 il ərzində qalan, sonra isə Avropada sığınacaq almaq istəyən qaçqınların məsələsinə yenidən baxmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR