Azərbaycan elektrik enerjisi istehsalını 10%-dən çox artırıb

Azərbaycan elektrik enerjisi istehsalını 10%-dən çox artırıb
# 02 sentyabr 2016 12:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayında Azərbaycan enerji sistemində 2,1 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,52% artıb.

Bu ilin yanvar-avqust ayları ərzində isə 14,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 3,27% azalıb

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR