“Bədən tərbiyəsi və İdman günü” Dənizkənarı Milli Parkda qeyd edilib

“Bədən tərbiyəsi və İdman günü” Dənizkənarı Milli Parkda qeyd edilib
# 05 mart 2016 10:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 5 Mart “Bədən tərbiyəsi və İdman günü” münasibətilə Dənizkənarı Milli Parkda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdən əvvəl Azərbaycan idman ictimaiyyəti Fəxri Xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Dənizkənarı Milli Parkda müxtəlif idman növləri nümayiş etdirilib. Gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, olimpiya çempionları və başqa şəxslər oyunları izləyiblər. A. Rəhimov bildirib ki, Azərbaycan idman ölkəsidir: “Üzümüzə gələn aylarda bizi böyük tədbirlər gözləyir. Bu, tədbirlər idman sevərlər üçün böyük bayrama çevriləcək”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 4 mart, 2005-ci ildə imzaladığı sərəncamla 5 Mart Azərbaycanda “Bədən tərbiyəsi və İdman günü” kimi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR