Bakı-Sumqayıt yolunda avtomobil aşıb

Bakı-Sumqayıt yolunda avtomobil aşıb
# 28 yanvar 2016 02:39 (UTC +04:00)

Bakı. Mahir Məmədli-APA. Abşeron rayonunda yolun buz bağlaması qəzaya səbəb olub.

APA-nın məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib.

Sumqayıt istiqamətində hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü Masazır qəsəbəsinin girişindəki dairədə yolun sürüşkən olması səbəbindən idarəetməni itirib. Sürət yüksək olduğundan sürüşən avtomobil aşıb.

Qəza zamanı sürücü xəsarət almayıb. Hadisə yerində yol polisi əməkdaşları müayinələr aparıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR