Nazir: "SOCAR və "Qazprom" Azərbaycana nəql olunacaq qazın qiymətini müzakirə edir"

Nazir: "SOCAR və "Qazprom" Azərbaycana nəql olunacaq qazın qiymətini müzakirə edir"
# 18 mart 2016 06:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR və "Qazprom" Azərbaycan tərəfindən Rusiyadan 3 mlrd. kubmetr həcmində təbii qazın alınmasına dair mütəmadi danışıqlar aparır.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində deyib.

"Tərəflər parametrlər və qiymətləri müzakirə edir. Hər iki şirkət optimal gəlir barədə düşünür və bu, normal prosesdir. Nəqlin həcmi gündəlikdə duran məsələlərdəndir", - deyə nazir qeyd edib.

Nəşr jurnalisti "Moskvadakı mənbə bildirir ki, Qərb bu müqaviləni qəbul etmir və bu səbəbdən Bakı onu imzalamağa tərəddüd edir" deyə sual verib. E. Məmmədyarov cavabında qeyd edib ki, bu məsələdə hər hansı siyasi motiv görmür: "Bu, qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR