Qaxda 50 yaşlı piyada vurulub

Qaxda 50 yaşlı piyada vurulub
# 28 dekabr 2015 17:13 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Qax şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Meşəbaş kənd sakini, 1971-ci il təvəllüdlü Zeynalaşvili Camali Andreyeviç idarə etdiyi motorellerlə hərəkətdə olarkən şəhər sakini, 1965-ci il təvəllüdlü Yunusova Asudə Şaban qızını vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asudə Yunusova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan APA-ya verilən məlumata görə, yaralı xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətini orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alan Asudə Yunusova Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində xadimə işləyir. Hadisə də DSMF-nin qarşısında, xadimənin işə getdiyi vaxt baş verib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR