Hesablama Palatasının sədri: “Dövlət büdcəsinə dəyişikliklər dünya iqtisadiyyatında baş verənlərlə bağlıdır”

Hesablama Palatasının sədri: “Dövlət büdcəsinə dəyişikliklər dünya iqtisadiyyatında baş verənlərlə bağlıdır”
# 20 fevral 2016 12:22 (UTC +04:00)

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov büdcə layihəsi barədə fikirlərini açıqlayarkən deyib.

“Hesablama Palatasına daxil olan büdcə zərfindən də göründüyü kimi, 2016-cı ilin dövlət büdcəsində edilən dəyişikliklərin zərurəti dünya iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlıdır. Bu dəyişiklik Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatında baş verən ictimai-siyasi proseslərin tərkib hissəsidir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR