ABŞ-ın 53 il əvvəl SSRİ-yə nüvə zərbəsi endirməsi planı ilə bağlı detallar üzə çıxıb

ABŞ-ın 53 il əvvəl SSRİ-yə nüvə zərbəsi endirməsi planı ilə bağlı detallar üzə çıxıb
# 28 oktyabr 2015 15:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, “Bulletin of the Atomic Scientists” nəşri o vaxtkı hadisələrin şahidinə istinadən yazıb ki, hadisə Karib böhranı zamanı ABŞ-ın Yaponiyanın Okinava adasında yerləşən 4 məxfi raket bazasında baş verib.

Məlum olub ki, ABŞ Hərbi-Hava Qüvvələrinin kapitanı Uilyam Bassettin mərdliyi Üçüncü dünya müharibəsinin baş verməsinin qarşısını alıb. Belə ki, həmin zabit SSRİ-yə nüvə zərbəsinin endirilməsi ilə bağlı əmri icra etməkdən boyu qaçırıb. Əmrin mətni ilə tanış olan U. Bassett vurulacaq hədəflərdən birinin SSRİ ərazisində yerləşmədiyini görüb. Bu zaman U. Bassetə zəng edən digər zabit ona göndərilən məxfi zərfdə hədəflərdən ikisinin SSRİ-yə aid olmadığını deyib.

Bundan sonra U. Basset raketlərin buraxılışı prosesini dayandırmağa qərar verib. O, Raketlərin idarə edilməsi Mərkəzinə zəng edərək yalandan dəqiq əmr almadığını bildirib. Bundan əlavə U. Bassett əsgərlərə baş zabitin şifahi əmri və ya döyüş hazırlığının DEFCON1 səviyyəsinə çatdırılmasına dair rəsmi göstəriş olmadan raket buraxılışını icra edən leytenantı düyməyə basacağı halda güllələmək əmri verib.

U. Bassettin komanda məntəqəsi ilə danışığının məzmunu bəlli olmasa da, nəticədə məxfi bazalarda qulluq edən zabitlər nüvə başlıqlı raketlərin buraxılmamasına dair əmr alıblar.

Qeyd edək ki, U. Bassett 2011-ci ildə vəfat edib. O, 1962-ci ildə baş verənlərlə bağlı heç kimə heç nə danışmayıb. Hadisənin təfərrüatlarını isə ABŞ Hərbi-Hava Qüvvələri rəhbərliyinin icazəsi ilə onun həmkarı Con Bord 2015-ci ildə açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR