ABŞ-da gecə klubuna hücum nəticəsində 50 nəfər ölüb - YENİLƏNİB-2

ABŞ-da gecə klubuna hücum nəticəsində 50 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB-2
# 12 iyun 2016 16:35 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Orlando meri Baddi Dayer açıqlayıb.

B. Dayer deyib ki, terror aktı nəticəsində 20 nəfər yox, 50 nəfər ölüb.

***

saat 16.12

Bakı-APA. ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda baş verən olayı Orlando polisi terror aktı adlandırıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Orlando şəhərinin polis rəisi Con Mina keçirdiyi mətbuat konfransında bildirib.

Gecə klubunda insanlar atəş açan şəxsin üzərində bir avtomat və bir tapança olub. Atışma zamanı bir polis əməkdaşı da yaralanıb.

Qeyd edək ki, “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb, 42 nəfər yaralanıb. İnsanlara atəş açan şəxs polislə atışma zamanı öldürülüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.

***

saat 15.46

Bakı-APA. ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Orlando şəhərinin polis rəisi Con Mina bildirib.

C. Mina 42 yaralının xəstəxanaya yerləşdirildiyini, 20 nəfərə yaxın insanın isə öldüyünü nəzərə çatdırıb.

Qeyd edək ki, gecə klubunda insanlara atəş açan şəxs polisin açdığı atəş nəticəsində öldürülüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.

****

saat 14.15

Bakı-APA. ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda insanlara atəş açan və onları girov götürən şəxs öldürülüb.

APA-nın məlumatına görə, bu barədə Orlando şəhər polisinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Həmin şəxsin öldürülməsi ilə bağlı təfərrüat verilməyib. WFTV telekanalı isə 40 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.

***

13.21

Bakı-APA. Naməlum şəxs ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse" gecə klubunda atəş açıb, gecə klubundakı insanları girov götürüb.

APA-nın “Sky News” telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerinə polis bölmələri göndərilib.

Şahidlər ən azı 25 nəfəri yaralandığını bildiriblər. Artıq xilasedicilər hücum edən şəxsdə qumbara olması ehtimalı ilə əlaqədar Orlando şəhərinə yola düşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR