Bağdadda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb, 40 nəfər yaralanıb - YENİLƏNİB

Bağdadda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb, 40 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 10 sentyabr 2016 02:56 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdadda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 40 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, birinci partlayış Bağdadın şərq hissəsində, ticarət mərkəzinin qarşısında, ikinci isə avtomobil dayanacağında törədilib.

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

***

01:49

Bakı-APA. İraqın paytaxtı Bağdadda partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin şərq hissəsində, ticarət mərkəzinin qarşısında minalanmış avtomobil partladılıb.

İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR