Gülər Əhmədovanın apellyasiya şikayətinə baxılacaq

Gülər Əhmədovanın apellyasiya şikayətinə baxılacaq
# 18 yanvar 2016 14:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın şikayətinə baxılacaq.

Məhkəmədən APA-ya verilən məlumata görə, onun şikayətinə yanvarın 19-da baxılacaq. Prosesə hakim Faiq Qasımov sədrlik edəcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə Gülər Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. O, 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və

Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra G. Əhmədova üzərindən məhkumluğun götürülməsi barədə ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun müraciətini rədd edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR