Coğrafiya İnstitutu: Yayda Böyük Qafqazın cənub yamacında quruyan çaylar əvvəlki formalarına düşüb

Coğrafiya İnstitutu: Yayda Böyük Qafqazın cənub yamacında quruyan çaylar əvvəlki formalarına düşüb
# 04 noyabr 2015 11:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Payız-qış aylarında hər il Lənkəran düzənliyinə 1600 millimetr yağıntı düşür ki, bu da ölkənin digər regionlarına nisbətən çoxdur. Adətən cənub bölgəsinə güclü yağışlar payız-qış aylarında yağır. Noyabr və dekabr aylarında da cənub bölgəsində yağışlar davam edə bilər”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rəna Qaşqay deyib. O bildirib ki, bir müddət əvvəl cənub bölgəsində yağan yağışlar lokal hadisədir.

Şöbə müdirinin sözlərinə görə, bir həftə əvvəl Böyük Qafqazın cənub yamacına düşən yağıntıların miqdarı çox olub: “Ancaq bu, sel, daşqın hadisəsinə gətirib çıxarmadı. Sadəcə Böyük Qafqazın cənub yamacında yayda quruyan çaylar əvvəlki formalarına düşüb”.

R. Qaşqay qeyd edib ki, hazırda Kür çayının yuxarı hissələrində güclü yağıntı müşahidə olunmur: “İndidən Kür çayında hər hansı daşqının olacağını demək düzgün deyil. Daşqın olsa Şəmkir, Mingəçevir, Varvara və Yenikənd su anbarları Kürün suyunu saxlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR