“Bank VTB (Azərbaycan)” tender keçirir

“Bank VTB (Azərbaycan)” tender keçirir
# 27 yanvar 2016 10:11 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” açıq tender elan edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, tender xidmətin əldə edilməsi, kompleks qiymətləndirmə, məsafədən bank xidməti sistemi üzrə elan olunub.

Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, AZ 1008, “Bank VTB (Azərbaycan)” ünvanında yerləşən ofisində tanış olmaq olar. Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 05 fevral 2016-cı il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, AZ 1008, “Bank VTB (Azərbaycan)” ünvanında yerləşən bankın baş ofisinə təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR