YAP funksioneri bələdiyyələrin və bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edib

YAP funksioneri bələdiyyələrin və bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edib
# 12 fevral 2016 10:44 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğul - APA. “Türkiyədə bir kənddə bir muxtar seçirlər, ancaq biz 200 əhalisi olan kəndə 5 bələdiyyə üzvü seçirik. Bu, nəyə lazımdır?”

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyası icra katibirin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov Azərbaycanda 5300 bələdiyyə olduğunu xatırladıb: “Bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır”.

Qeyd edək ki, "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi bələdiyyələrin birləşməsi ilə əlaqədar Babək qəsəbəsinin Babək bələdiyyəsinin ləğv edilməsi ilə əlaqədardır.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR