"DəmirBank": "Binəqədi" filialına basqın zamanı heç bir əmlaka zərər vurulmayıb

"DəmirBank": "Binəqədi" filialına basqın zamanı heç bir əmlaka zərər vurulmayıb
# 12 fevral 2016 11:46 (UTC +04:00)

Bakı - APA-Economics. Fevralın 11-də axşam saat 23:00 radələrində "DəmirBank"ın Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən "Binəqədi" filialına qanunsuz daxilolma cəhdi olub.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, oğru binaya daxil olmaq istədikdə mühafizə xidmətinin siqnalizasiyası işə düşüb və Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Binəqədi rayonu Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək oğurluq cəhdi edən şəxsi yaxalayıblar.

"Hadisə zamanı banka məxsus heç bir əmlaka əhəmiyyətli zərər vurulmayıb və oğurlanmayıb. Bank əmlakının etibarlı qorunmasını təmin etdiklərinə görə, DİN Baş Mühafizə İdarəsinə minnətdarlığını bildirir. "DəmirBank" bəyan edir ki, qarşılıqlı əməkdaşlıq nəticəsində bankın bütün filialları ən müasir siqnalizasiya sistemi ilə təchiz olunub və onların fasiləsiz mühafizəsi təmin olunur", - deyə məlumatda bildirilir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

www.demirbank.az

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR