Misirdə hava zərbəsi nəticəsində 20 silahlı məhv edilib

Misirdə hava zərbəsi nəticəsində 20 silahlı məhv edilib
# 27 yanvar 2016 21:04 (UTC +04:00)

Bakı-APA. Misir Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələrin endirdiyi zərbə nəticəsində Sinay yarımadasında azı 20 silahlı məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, daha 15 terrorçunun yaralandığı bildirilir.

Hava zərbələri Əl-Ariş şəhəri yaxınlığında Misir hərbçilərinə məxsus zirehli maşının partladılmasına cavab olaraq endirilib.

Qeyd edək ki, ekstremistlər tərəfindən törədilən terror aktı nəticəsində 4 hərbçi ölüb, 12-si yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR