Bu il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 47 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb olunub

Bu il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 47 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb olunub
# 16 oktyabr 2015 15:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu ilin 9 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə 1892 nəfər cəlb edilib.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında əksini tapıb.

Cinayət məsuliyyətinə cəlb edilən 1892 nəfərdən 7-i 18 yaşadək, 432-i 30 yaşadək, 1406-ı 30 yaşdan yuxarı, 16-ı fəhlə, 7-i qulluqçu, 1-i vəzifəli şəxs, 2-i nəqliyyat işçisi, 2-i orta məktəb şagirdi, 1643-ü işləməyənlər, 1822-i kişilər, 23-ü qadınlar, 47 nəfəri isə xarici ölkə vətəndaşları olub. Əcnəbilərdən 21-i İran İslam Respublikası, 19-u Gürcüstan, 3-ü Türkiyə, 2-i Ukrayna, 1-i Rusiya Federasiyası, 1-i Türkmənistan Respublikasının vətəndaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR